Qanunlarımız səfərbərlikdən yayınaraq Almaniyaya sığınan ukraynalı kişilərin Kiyevə təhvil verilməsinə imkan vermir.
Azpost.info xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Marko Buşman bildirib.
Eyni zamanda o qeyd edib ki, Ukrayna hakimiyyətini başa düşür: “Mən Ukrayna hökumətinin xaricdə xidmət edən ukraynalı kişiləri orduda xidmət etmək üçün geri qaytarmaq istəyini başa düşürəm. Amma bu ölkənin ədliyyə naziri kimi deyirəm ki, Almaniyadakı hüquqi vəziyyət bu şəxslərin ekstradisiyasına imkan vermir”.
Ukrayna prezidenti Vladimir Zelenski xalqa Yeni il müraciətində demişdi ki, hər bir ukraynalı bir gün qaçqın statusu ilə ölkə qarşısındakı borcunu yerinə yetirmək arasında seçim etməli olacaq. Onun fikrincə, bu seçim insanın qurban, yoxsa qalib olmaq istədiyini göstərəcək.
Məlumata görə, Ukrayna ordusu 500 min vətəndaşın səfərbərliyinə ehtiyac duyur.
Azpost.info