“Almanlar da onlara nifrət edir, ABŞ-a görə dözürlər”- Lukaşenko Belarusa qarşı ən aqressiv ölkəni açıqladı

Prezident Aleksandr Lukaşenko Polşanı Belarusa qarşı münasibətdə ən aqressiv dövlət adlandırıb.

Azpost.info xəbər verir ki, o, ölkədə etnik polyakların yaşayıb işləməsinə baxmayaraq, Varşavanın niyə Belarus əhalisinə və idarəçiliyinə qarşı aqressiya nümayiş etdirdiyini anlamadığını deyib.

“Polşaya baxın. Bizə qarşı ən aqressiv dövlətdir. Başa düşmürəm niyə? Bizdə etnik polyaklar var. Onlar normal yaşayır və işləyirlər”, – Lukaşenko bildirib.

Belarus prezidenti polşalı siyasətçilərin müstəqil olmadığını deyib: “Polşa siyasətçiləri ABŞ-dan dəstək alırlar. Amerikan madyanına minib Avropanı çapırlar. Hətta almanlar da polyaklara nifrət edirlər. Amma dözürlər. Niyə? Çünki amerikalılar onları dəstəkləyir. Onlar artıq Ukraynanın bir hissəsini kəsməyə, Belarusu isə bütövlükdə “udmağa” hazırdırlar. İşləməyəcək…”.

Azpost.info

Əvvəlki məqalə

Sülhməramlılar Ermənistanda “Zəngəzur dəhlizi”nin keçdiyi yolu nəzarətə götürdü-

Sonrakı məqalə

“Hərbi qulluqçu adından paylaşımlar edən şəxsin Azərbaycan Ordusuna aidiyyəti yoxdur”