Almatı şəhərində antiterror əməliyyatı davam edir

 Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı davam edir.
Azpost.info bildirir ki, bu barədə “Xabar 24” telekanalı məlumat yayıb.
“Hazırda Almatıda xüsusi əməliyyat davam edir”.
DİN-dən verilən məlumata görə, şəhər meriyasının binası, prezidentin keçmiş iqamətgahı, Respublika meydanı azad edilib.
Şəhərdə təmizlənmə davam edir.
Paytaxt Nur-Sultanda da vəziyyət nəzarət altındadır.  Paytaxtda perimetr boyu 6 blokpost qoyulub.
“Şəhərdə vəziyyət tam nəzarət altındadır. Bu gün Karaqanda, Kosşı, Kokşetau, Pavlodar şəhərləri və Korqaljan və Astarxanka qəsəbələri istiqamətində altı blok post qoyulub”-deyə polis departamentinin rəisi Erjan Sadenov bildirib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Türkiyə PUA istehsalında ilk üçlükdədir” –

Sonrakı məqalə

“Prezidentə güc strukturları sui-qəsd hazırlayıb… KTMT ordusu təcili ölkədən çıxarılmalıdır” –