“Prezidentə güc strukturları sui-qəsd hazırlayıb… KTMT ordusu təcili ölkədən çıxarılmalıdır” –Qazaxıstanın sabiq Baş nazirindən sərt AÇIQLAMA

“Prezident Tokayeva qarşı güc strukturları tərəfindən sui-qəsd hazırlanmışdı. İndi məlum olur ki, prezident nə üçün KTMT-yə hərbi yardım üçün müraciət edib. Almatı şəhərinin bütün rəhbərliyi, güc strukturlarının başçıları istintaq olunmalıdır”.

Azpost.info bildirir ki, bu sözləri Qazaxıstanın 1994-97-ci illərdə Baş naziri olmuş Akejan Kajeqeldin currenttime.tv-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, məhz Almatıda baş verənlər vətəndaşların konstitusion hüquqlarına kölgə salır: “Bu hadisələr simvolikdir: Bu, Nazarbayev epoxasının ən kədərli və qanlı sonluğudur. Heyf ki, yenə qan axıdıldı. Nazarbayevin bütün idarəçilik illəri intiriaqalar, qeyri-sabitlik dövrü idi. Kiçik qruplar varlanırdı, xalq isə yoxsullaşırdı”.

A.Kajegeldin baş verənləri yalnız “xarici qüvvələrə” bağlamaq cəhdləri ilə razı olmadığını bildirib: “Biz anlamalıyıq ki, baş verənlərin arxasında iqtisadiyyatda və hakimiyyətdə öz nufuzlarını itirməkdən qorxan ölkənin varlı adamları durublar. Onlar son iki gündə ölkəni tərk etmək məcburiyətində qaldılar. Qazaxıstandan son günlər xaricə 27 özəl təyyarə reysi uçub. Hesablayın, kimin ailələri ölkəni tərk edib, o zaman başa düşəcəksiniz ki, ölkədə baş verənlər kimin üçün xeyliri olub, bu zorakılıqda kimlər maraqlı olub”.

Prezident Tokayevin KTMT-yə yardım üçün müraciətinə toxunan Kajıgeldin deyib ki, bu qurum polis gücü kimi istifadə edilməməlidir, bu yolverilməzdir: “KTMT-nin nizamnaməsinə görə, üzv ölkələr xaricdən hucum təhlükəsi zamanı bir-birinə kömək etməlidirlər.

“Mən guman etmirdim ki, Tokayev KTMT-yə müraciət edəcək. Öz xalqına müraciət etmək olardı. Hazırda mühüm olan bu “sülhməramlıları” tez bir zamanda evlərinə göndərməkdir. Çünki onların qazax torpağında olması çox təhlükəli vəziyyət yaradır.

Mən israrla tələb edirəm ki, Tokayev çox yaxın müddət ərzində öz həmkarlarına hərbi qüvvələrini geri çəkmək barədə müraciət etsin. Çünki Qazaxıstanda qayda-qanun yaratmaq üçün ölkənin kifayət qədər gücü var. Əgər prezident hətta öz güc strukturlarına güvənmirsə belə, öz xalqına etibar etməməyə haqqı yoxdur”.

Əgər beynəlxalq mütəxəssisləri cəlb etməklə obyektiv təhqiqat aparılsa və nəticədə doğurdan da hansısa “terrorçu qrupları” tapsalar mən hamının qarşısında üzr istəyəcəyəm. Amma bu gün əminəm ki, bu ritorika yersizdir. Almatı və Kapşaqayda heç bir döyüş olmayıb.

Kajegeldin prezidentin xarici orduları ölkəyə dəvət etməsini “böyük ciddi siyasi səhv” adlandırıb: “Buna görə Tokayev nə vaxtsa hesab verməli olacaq. Mən başa düşüərm ki, o çox ağır situasiaya düşüb. Anlayıram ki, bütün bunların arxasında kim durub, kim iştirak edib. Birbaşa və dolayısı ilə burada iştirak edənlərin hamısı- Almatının rəhbəri, bu yaxınlarda güc strukturlarından işdən çıxardığıqları…Tokayev onlara etibar etmirdi,amma o öz xalqına etibar etməyə bilməzdi. Sülhməramlı qüvvələri dəvət etmək lazım deyildi. Çünki bu sülhməramlı yox, beynəlxalq polis əməliyyatına oxşayır”-deyə sabiq baş nazir vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almatı şəhərində antiterror əməliyyatı davam edir

Sonrakı məqalə

“Türkiyə müdafiə və təhlükəsizliyini öz imkanları hesabına təmin edir” –