Almatı şəhərində antiterror əməliyyatı davam edir

qazax aksiya ordu
 Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı davam edir.
Azpost.info bildirir ki, bu barədə “Xabar 24” telekanalı məlumat yayıb.
“Hazırda Almatıda xüsusi əməliyyat davam edir”.
DİN-dən verilən məlumata görə, şəhər meriyasının binası, prezidentin keçmiş iqamətgahı, Respublika meydanı azad edilib.
Şəhərdə təmizlənmə davam edir.
Paytaxt Nur-Sultanda da vəziyyət nəzarət altındadır.  Paytaxtda perimetr boyu 6 blokpost qoyulub.
“Şəhərdə vəziyyət tam nəzarət altındadır. Bu gün Karaqanda, Kosşı, Kokşetau, Pavlodar şəhərləri və Korqaljan və Astarxanka qəsəbələri istiqamətində altı blok post qoyulub”-deyə polis departamentinin rəisi Erjan Sadenov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir