“Almatıda desant qüvvələri ilə terrorçu dəstələr arasında döyüş gedir” –Prezident Tokayev

“Qazaxıstanda terrorçu dəstələr müxtəlif şəhərlərdə iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Prezident bildirib ki, terrorçu dəstələr Alma-Atıda 5 təyyarəni qaçırıb: “Almatıda terrorçu dəstələr xarici təyyarələr də daxil olmaqla 5 təyyarəni qaçırıblar. Qazaxıstanda iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə ciddi təlim keçiblər.

Tokayev əlavə edib ki, Almatıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib: “Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstan prezidenti etirazların yatırılması üçün KTMT-yə müraciət etdi

Sonrakı məqalə

Dünyada sutkalıq koronavirusa yoluxma sayı ilk dəfə olaraq 2 milyonu ötüb