Dünyada sutkalıq koronavirusa yoluxma sayı ilk dəfə olaraq 2 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 293 750 692 nəfər, ölənlərin sayı isə 5 454 131 nəfər olub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Bildirilib ki, ilk dəfə olaraq son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 294 039 nəfərə, ölüm sayı 7011 nəfərə çatıb.

Qeyd edək ki, sutka ərzində əvvəlki antirekord bu il yanvarın 1-də qeydə alınıb – 1 859 485 yoluxma.

Yoluxma halları ən çox ABŞ-da qeydə alınıb – 55 972 114. Sonrakı yerləri Hindistan (35 018 358), Braziliya (22 305 078), Böyük Britaniya (13 641 524) və Rusiya (10 585 984) bölüşür.

Ən çox ölüm halları da ABŞ-da olub – 821 408. Növbəti sıralarda Braziliya (619 209), Hindistan (482 551), Rusiya (313 015) və Meksika (299 581) qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Almatıda desant qüvvələri ilə terrorçu dəstələr arasında döyüş gedir” –

Sonrakı məqalə

KTMT Qazaxıstana qoşun göndərilməsi barədə qərar qəbul etdi