Altı ay ərzində 322 nəfər intihar edib –

Baş Prokurorluq
20 Avqust 2021 - 15:15

2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

“Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib”, – deyə prokurorluğun məlumatında bildirilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə intiharlarla bağlı videomüraciət təqdim olunub.
Videomüraciətdə bildirilir ki, müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il minlərlə insan öz istəyi ilə həyatına son qoyur: “Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.
Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq.
Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır!
Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!”