Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47 (Last updated: 07 Noyabr 2026 - 10:47)
ramiz

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial şəbəkələrdə qurumun prezidenti İsa Həbibbəylinin Ramiz Mehdiyevin vəzifə verəcəyi şəxslər sırasında adının çəkilməsinə münasibət bildirib.

Azpost.info bildirir ki, AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bu məlumatın Akademiya rəhbərliyinə qarşı növbəti təxribat olduğu qeyd edilib.

Bildirilib ki, Ramiz Mehdiyev AMEA-ya rəhbərlik etdiyi dövrdə İsa Həbibbəylinin vəzifəsinin aşağı salınması və səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı bir sıra rəsmi qərarlar qəbul olunub.

Açıqlamada qeyd edilir ki, AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyev tərəfindən imzalanmış 8 yanvar 2021-ci il tarixli, 1/15 saylı qərarı ilə İsa Həbibbəyli birinci vitse-prezident vəzifəsindən azad edilib və vitse-prezident vəzifəsini icra edən şəxs təyin olunub.

Bundan başqa, Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən AMEA Rəyasət Heyətinin 26 yanvar 2022-ci il tarixli iclasında İsa Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsinin iki yerə ayrılması barədə qərar qəbul edilib. Nəticədə İctimai Elmlər Bölməsi onun rəhbərlik etdiyi strukturdan ayrılıb və vəzifə səlahiyyətləri azaldılıb.

AMEA-nın məlumatına görə, bundan bir neçə gün sonra – 7 fevral 2022-ci ildə İsa Həbibbəyli Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması ilə bağlı Akademiyanın rəhbərinə ərizə ilə müraciət edib.

Açıqlamada vurğulanıb ki, həmin dövrdə Ramiz Mehdiyevlə İsa Həbibbəyli arasında münasibətlərin xarakteri nəzərə alınarsa, sonuncunun Mehdiyevin vəzifə verəcəyi şəxslər sırasında göstərilməsi həqiqəti əks etdirmir.

AMEA hesab edir ki, bu məlumat hazırkı vəziyyətdən istifadə etməklə Akademiyanın prezidentinə qarşı yeni qarayaxma kampaniyası aparmağa xidmət edir.

AzPost.az

Post navigation

Previous: Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Next: ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

Oxşar xəbərlər

ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58

xƏBƏR

iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
ABŞ hakimiyyəti İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxslərə 20 milyon dollaradək mükafat təklif edib. Azpost.info...
Read more about ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib? tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.