Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“AMEA-nın Aparatında nazirlikdən çox adam işləyir, alimdən yüksək maaş alırlar” –

User 18 May 2022 - 14:55 (Last updated: 21 May 2025 - 20:15)
rasim amea
“2021-ci ildə AMEA-nın 7 elmi müəssisəsinin gəliri cəmi 341 min manat olub. İnanılmaz olsa da, bu belədir. Təsəvvür edin ki, AMEA-nın nəhəng qurumlarının, Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu , Radiasiya Problemləri İnstitutu və Biofizika Institutunun birlikdə elmi-innovativ fəaliyyətindən əldə etdikləri gəlir ağlasığmaz dərəcədə azdır”.
Azpost.info bildirir ki, bu sözləri META-da İnternet Forumunun prezidenti Osman Gündüz yazıb.
Onun sözlərinə görə, bu elmi müəssisələrdə toplam 948 nəfər elmi işçisi çalışır: “Xarici təcrübəyə diqqət etsək görmək olar ki, bu tip elmi-tədqiqat müəssisələrinin gəlirləri milyonlarla ölçülür. Görünür ki , ölkədəki mövcud mühit elmi müəssisələrin tətbiqi və innovativ fəaliyyəti üçün ciddi problemlər yaradır. Bu qeyd olunan rəqəm ötən ayın sonu keçirilən AMEA-nın Ümumi yığıncağında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında akademik Rasim Əliquliyevin hesabatında qeyd edilib”.
O. Gündüzün sözlərinə görə, AMEA-nın vitse-prezidenti olan Rasim Əliquliyevin hesabatına diqqət yetridikdə görmək olar ki, burada görülən işlərdən daha çox problemlərə və elmi islahatlara, təkliflərə yer ayrılıb.
“Hesabatdan görünür ki, AMEA-da həqiqətən ciddi islahatlara ehtiyac var.  Ağlasığmazdır ki, AMEA Rəyasət Heyəti aparatının adi siravi işçilərinin, inzibati işçilərin əmək haqları elmi institutların baş direktorlarının maaşından dəfələrlə çoxdur. Maraqlıdır ki, AMEA Rəyasət Heyətinin aparatında işləyən inzibati işçilərin sayı 465 nəfərdir. Bu rəqəm ən böyük Nazirliyin aparat işçilərindən 5-6 dəfə çoxdur”.
Yaradıcı elmi işçilərə beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirdiyinə görə hər hansı mükafatlar verilmir.

Post navigation

Previous: “Türkiyəyə gəlməsinlər!” –
Next: “Ermənistanla sülh sazişi imzalamaq istəyirik” –

Oxşar xəbərlər

Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
urekgetme
  • Sosial

Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur?

User 03 Noyabr 2026 - 10:37
DIN
  • Sosial

Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu

User 03 Noyabr 2026 - 10:03

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.