“Amerika İraqa, Suriyaya girə bilir, bəs bizə niyə icazə vermirlər?” –PUTİN

“ABŞ İraq, Suriya və keçmiş Yuqoslaviyada BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan hərəkət etməklə “özü cini şüşədən buraxıb”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının bağlanışı zamanı deyib. Onun çıxışının stenoqramını Kremlin mətbuat xidməti dərc edib.

“Vaşinqton qərara gəldi ki, İkinci Dünya Müharibəsi nəticəsində yaranmış əvvəlki beynəlxalq münasibətlər sistemi onlara artıq lazım deyil.  Bu, onlara uyğun gəlmir, çünki dünyada balans dəyişib”-deyə Putin bildirib.

Putinin sözlərinə görə, Amerika hakim elitası  hakimiyyət üzərində monopoliya yaradaraq onu gücləndirməyə başladı. “Lakin müttəfiqləri də daxil olmaqla, dünya ölkələrinin böyük əksəriyyətinin bu xoşuna gəlmədi. ABŞ bu faktla üzləşdi. Sonradan, tədricən hamı gördü ki, belə formalaşmaqda olan dünya nizamına qarşı müqavimət artmaqdadır. Problemlər başladı”.
“İraq, Suriya, keçmiş Yuqoslaviyadakı hadisələr… Səbəbləri indi danışmayacağam. Amma orada BMT Təhlükəsizlik Şurasının heç bir qərarı yox idi. ABŞ özü bu cini şüşədən buraxıb. Bəs onlara icazə verilirsə, o zaman niyə digər ölkələrin də öz əsas maraqlarını eyni şəkildə qorumasına icazə verilmir?”

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.