Amerikalılar kütləvi şəkildə iş yerlərini tərk edir

09 İyul 2021 - 07:15

Amerikalıların 95 faizi işlərini tərk etməyi düşünürlər.

“The Business Insider”in məlumatına görə, bu barədə monster.com məşğulluq xidməti tərəfindən aparılan son sorğuda məlum olub.

Bir çox respondent işdən çıxmaq istəməsinin səbəbi kimi tükənməyi göstərib. Ən populyar ikinci səbəb karyera imkanlarının olmamasıdır.

Eyni zamanda, sorğu iştirakçılarının əksəriyyəti (66 faiz) başqa iş tapa biləcəklərinə əmindir, 92 faizi fəaliyyət sahələrini dəyişdirmək istədiklərini etiraf edib.(Oxu.az)