Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Analıq məzuniyyəti sənədi iki qurum arasında qaldı

Orkhan Ali 07 İyul 2025 - 10:00 (Last updated: 07 İyul 2025 - 20:09)
Sosial müdafiə

Sosial müdafiə

Füzuli rayonunun 32 nömrəli orta məktəbində Biologiya müəllimi işləyən Qibiyeva Aygün Rahil qızı analıq məzuniyyəti ilə bağlı ciddi problemin yaşandığını bildirib.

AzPost xəbər verir ki, müəllim bu barədə sosial şəbəkələrdə şikayət məktubu ünvanlayıb.

Onun sözlərinə görə, may ayının 1-dən etibarən 119 günlük analıq məzuniyyətinə çıxsa da, bu müddət ərzində ona qanunla nəzərdə tutulan məzuniyyət ödənişi verilməyib.

Problem isə Səhiyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında sənəd uyğunsuzluğu ilə bağlıdır. Belə ki, müəllimənin təqdim etdiyi sənəd Səhiyyə Nazirliyi tərəfindən verilsə də, DSMF həmin sənədi qəbul etmir. Hər iki qurum məsuliyyəti bir-birinin üzərinə atır.

“Hər gün zəng vururam. Səhiyyə Nazirliyi deyir ki, DSMF düzəltməlidir, DSMF isə bildirir ki, sənəddəki problem Nazirlik tərəfindən aradan qaldırılmalıdır. Artıq psixologiyam pozulub, danışmaqdan yorulmuşam. Sadə bir düzəlişin bu qədər çətin olması inanılmazdır”, – deyə müəllim bildirib.

Aygün Qibiyeva qeyd edir ki, artıq analıq məzuniyyətinin üçüncü ayı daxil olub, lakin bir qəpik belə ödəniş edilməyib. Müəllim bu prosesi “bir anaya, bir müəllimə qarşı haqsızlıq” kimi dəyərləndirir.

“Bu mənim son müraciətimdir. Əgər tezliklə məsələyə baxılmasa, birbaşa ölkə rəhbərliyinə – Prezidentə və Vitse-Prezidentə müraciət edəcəyəm”, – deyə şikayətçi əlavə edib.

DSMF-dən AzPost-a verilən rəsmi açıqlamada bildirilib ki, 1 may 2025-ci il tarixindən ölkə üzrə xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib olunması tətbiq edilir.

Tibb müəssisələrində elektron xəstəlik vərəqələrinin tərtibatında yol verilən səhvlərin aradan qaldırılması məqsədilə elektron xəstəlik vərəqələrində düzəlişlərin edilməsi Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətinə aid deyil.

Aidiyyəti qurum tərəfindən bu prosedurlar tənzimlənir.

AzPost.az

Post navigation

Previous: “Bağlardan meyvələri yığmaq üçün miqrantlar yoxdur” –
Next: Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
Noyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabaha olan hava proqnozu
Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.