Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Anar Əsədli və Elçibəyin sabiq köməkçisi məhkəmədə dalaşdılar

User 09 Yanvar 2026 - 17:57 (Last updated: 09 Yanvar 2026 - 17:57)
anar oqtay

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

AzPost APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Anar Əsədlinin vəkili Zibeydə Sadıqova vəsatətlər verib.

O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edib. Digər vəsatətində isə Anar Əsədlinin şüşə arxasından çıxarılaraq yanında əyləşməsini xahiş edib.

Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, digər vəsatət təmin edilib.

Anar Əsədli dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, onun hazırda heç bir zərərçəkənə borcu yoxdur. Etibar Nəsirova isə 3000 manat borcu qaytarmağı təklif etsə də, o, pulu qəbul etməyib: “Hazırda heç kimə borcum yoxdur. Bəli, borc almışam, amma qaytarmışam. Mən siyasətçiyəm, heç kimə də yalan vəd verməmişəm”.

İclasa sədrlik edən hakim siyasətlə maraqlandığını, lakin Anar Əsədlinin adını ilk dəfə eşitdiyini söyləyib.

Anar Əsədli digər sualları cavablandırmaq istəmədiyini deyib.

Prosesin davamında zərərçəkən Oqtay Qasımov ifadə verərək bildirib ki, Anar Əsədlinin daha çox qazanc əldə edəcəyi vədinə inanaraq ona müxtəlif vaxtlarda 3 dəfə 50 min dollar, ümumilikdə 150 min dollar pul verib:

“Anar Əsədli ilə 1997-ci ildən tanışıq. O zaman hələ o, jurnalist kimi çalışırdı. Yaxın münasibətimiz olub. Düzdür, birlikdə çörək kəsmişik. 2014-cü ildə İstanbulda ev-alqı satqısına yatırım edib pul qazanacağı vədi ilə məndən 50 min dollar pul alıb. Daha sonra xəstəxana layihəsinə pul yatırıb qazanacağını bildirərək yenə məndən pul alıb tenderə yatırıb. Oradan səs çıxmayanda pulu götürərək Azərbaycanda lombarda və şirkətə yatırım edib pul qazanacağımız vədləri verib. Demişdi ki, yatırımdan 1 milyon dollar pul qazanacaq və mən də qazancam. Övladım Türkiyəyə ali təhsil almağa gedərkən ondan ehtiyacım olduğuna görə pulu qaytarmasını xahiş etdim. O zamanlar eşitdim ki, kimdənsə 5000 manat borc da alıb. Düşündüm ki, bu necə iş adamıdır?”

Bu zaman Anar Əsədli ilə zərəçəkən arasında mübahisə düşüb və onlar bir-birini təhqir edib.

Hakimin qərarı ilə Anar Əsədli yenidən şüşə arxasına keçirilib.

O.Qasımov ifadəsinin davamında polisə şikayət etmək niyyəti olmadığını deyib: “Biz ailəliklə yaxın olmuşuq. İstəmirdim məsələ bu yerə gəlsin. Lakin, pulumu geri istəyəndə mənə dedi ki, get əlindən gələni et. Mən də gedib şikayət etdim. Nəticədə mənə dəyəri 90 min manat olan ev təklif etdilər. Qardaşı ilə vəkili oranı mənə göstərdi. Dedim ehtiyacım olan 68 min manatı götürüm, qalanını ödəyərsən. Notariusda Anar Əsədli mənə dedi ki, bunu götür, amma daha nəsə istəmədiyinlə bağlı sənəd imzala”.

Vaxt məhdudiyyəti ilə əlaqədar proses fevralın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıb. Oqtay Qasımov sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi olub.

AzPost.az

Post navigation

Previous: “Ermənistanla sülh sazişi regional təhlükəsizliyi gücləndirəcək” –
Next: “Azərşəkər”in sabiq rəhbəri ağır cinayətlərdə ittiham olunur

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.