Angela Merkel Ukraynaya səfər edəcək

09 Avqust 2021 - 19:18

Almaniya Kansleri Angela Merkelin Ukraynaya səfəri gözlənilir.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov “Facebook” hesabında məlumat verib.
Mətbuat katibi bildirib ki, səfər avqustun 22-də baş tutacaq.
O qeyd edib ki, görüşlərdə təhlükəsizlik məsələləri, qarşılıqlı əlaqələr və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladmir Zelenski Almaniya Kansleri Angela Merkellə sonuncu dəfə iyulun 12-də Berlinə səfəri çərçivəsində görüşüb.