Anım Günü ilə bağlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

27 Sentyabr 2021 - 12:04

27 sentyabr – Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Saat 12:00-da ölkə ərazisində avtomobillərin hərəkəti dayandırılıb, Bakı buxtasında gəmilər, qatarlar, Bakı metropoliteninin qatarları fit verib.