“Finlandiya və İsveçin NATO-ya daxil olmaq üçün müraciətlərinə Ankara tərəfindən ayrı-ayrılıqda baxıla bilər”.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, bu, Türkiyə rəhbərliyinin İsveçlə bağlı mövqeyinin Finlandiya ilə bağlı mövqeyindən fərqli olması ilə bağlıdır.
Çavuşoğlu qeyd edib ki, müraciətlərə ayrıca baxılması üçün hələlik rəsmi göstəriş yoxdur.
“NATO-nun genişlənməsinin əleyhinə deyilik. Bizim tərəfimizdən Finlandiya və ya İsveçə qarşı prinsipial etiraz yoxdur. Lakin onlar bizim narahatlığımızı nəzərə almalıdırlar. Bəli, biz onların müraciətlərinə ayrıca baxılması variantını nəzərdən keçiririk. Prezidentimiz isə Türkiyənin İsveçlə bağlı fərqli mövqedə ola biləcəyini deyib”, – XİN rəhbəri deyib.
Azpost.info
