Ankarada Astranomiya Mərkəzi yanaraq külə dönüb –FOTO

Ankaranın Mamak rayonunda Əli Quşçu Astranomiya mərkəsində yanğın olub.

Yanğın öncə elmi mərkəzin qülləsində baş verib, sonra bütünlükdə binaya yayılıb.

Astranomiya mərkəzi bazar günü qapalı olması səbəbindən hadisədə ölən və ağır yaralanan olmayıb. Lakin 8 nəfərin tüstüdən zəhərləndiyi bildirilir.

Yanğın zamanı baş verən partlayışlardan yaxınlıqdakı binalar zərər görüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, 2017-ci ildə Mamak Bələdiyyəsinin layihəsi olaraq istifadəyə verilən mərkəz tək elm adamlarının tədqiqat yeri olaraq deyil, səma cismləri ilə maraqlanan hər kəsin ziyarət yeri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur fransız aktrisası Mari Lafore vəfat edib –

Sonrakı məqalə

ABŞ səfiri Ramil Səfərovun azad olunmasından yazıb –