Məşhur fransız aktrisası Mari Lafore vəfat edib –FOTO

Fransız aktrisa və müğənni Mari Lafore İsveçrədə vəfat edib.

Bu barədə “Point” nəşri aktrisanın ailəsinə istinadən məlumat yayıb.  Aktrisa 80 yaşı qeyd olunduqdan bir ay sonra vəfat edib. M. Laforenin ölümünün səbəbi açıqlanmır.

Qeyd edək ki, əsl Adı Maytena Mari Brijitt Dumenak olan aktrisa 1960-cı ildə rejissor Rene Klemanın “Parlaq günəşdə” filmində Alen  Delonla birgə çəkilib. M. Lafore ifa etdiyi mahnılarla da məşhurdur. Həmin mahnılar sırasında Fransua Ozonun çəkdiyi “8 qadın” filmində səsləndirilən “Mon amour, mon ami”, o cümlədən “Viens, viens”, “Manchester et Liverpool” və digərləri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlqar Məmmədov REAL-ın İdarə Heyətini istefaya göndərdi –

Sonrakı məqalə

Ankarada Astranomiya Mərkəzi yanaraq külə dönüb –