Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Antarktidanın buzları altında qədim çay yataqları aşkarlanıb

User 25 Oktyabr 2023 - 08:29 (Last updated: 21 May 2025 - 20:15)
antarktida

Amerikalı və britaniyalı geoloqlar Şərqi Antarktidanın buzları altında on milyonlarla il əvvələ aid bir neçə qədim çayın yatağını aşkar ediblər.

Bu barədə Britaniyanın Durham Universitetinin mətbuat xidməti məlumat yayıb. Tədqiqat çərşənbə axşamı “Nature Communications” jurnalında dərc olunub.

Böyük Britaniyanın Durham Universitetinin professoru Stüart Ceymison bildirib ki, həmkarları ilə birlikdə qitənin şərq hissəsində, Totten və Denman buzlaqlarının yaxınlığında yerləşən buzaltı relyefin öyrənilməsinə yönəlmiş layihə çərçivəsində Antarktidanın buzlaqdan əvvəlki görünüşünün bir hissəsini aşkar ediblər. Elm adamları çoxdan Antarktidanın bu bölgəsində qitənin necə göründüyü ilə maraqlanırdılar, çünki hündürlük dəyişir və onun səthinin ümumi konturları cənub Hind okeanına doğru buzlaqların hərəkət modelinə böyük təsir göstərir.

Yer səthinin topoqrafiyasının strukturu ilə bağlı məlumatlar, uzaqdan zondlama peykləri tərəfindən əldə edilmiş radar görüntüləri və təyyarədən çəkilmiş fotolar elm adamlarına Şərqi Antarktidanın kifayət qədər böyük ərazisinin relyefinin üçölçülü formasını yenidən qurmağa imkan verib. Həmin xəritənin sonrakı tədqiqi Antarktidanın bu bölgəsində uzaq keçmişdə, təxminən 14-34 milyon il əvvəl bir neçə böyük çayın axdığını, çay dərələrinin olduğunu üzə çıxarıb.

Sonrakı geoloji dövrlərdə bu çay dərələri buzla dolub. Sonradan buzlaqlar bu dərələr boyunca qitənin sahillərinə doğru hərəkət etməyə başlayıb ki, bu da onları daha da dərinləşdirərək indiki vəziyyətə gətirib çıxarıb.

Post navigation

Previous: Hərbi bazalara hücum nəticəsində 20-dən çox ABŞ hərbçisi yaralanıb
Next: ABŞ Latviyaya altı ədəd HIMARS raket sistemi satır

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.