Antiterror əməliyyatının ilk üç gününün yekunu –

Suriyanın 15 kəndi terrorçulardan təmizlənib
11 Oktyabr 2019 - 19:52

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatının ilk üç günü ərzində 342 terrorçu zərərsizləşdirilib, 15 kənd terrorçulardan təmizlənib.

Əməliyyat zamanı PKK/PYD terror təşkilatlarının nəzarətində olan Tel Rıfat şəhərindən türk hərbçilərinin olduğu Azez şəhərinə havadan hücum edilib. Hücum nəticəsində beş əsgər yaralanıb. Yaralı əsgərlərin ikisi bütün müdaxilələrə baxmayaraq, şəhid olub. Üç əsgərin müalicəsi davam edir.

YPG/PKK terrorçuları tərəfindən Suriyanın işğal olunmuş ərazisindən Mardin şəhərinin Nusaybin və Şanlıurfanın Suruç rayonlarında dinc əhaliyə qarşı hava hücumu olub. Hadisə zamanı iki nəfər həlak olub, çoxlu sayda vətəndaşın yaralandığı bildirir.

Üç gün ərzində terrorçular tərəfindən dinc əhaliyə qarşı olan hücumlar zamanı ümumilikdə 7 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Türkiyənin Mardin şəhərinin Nusaybin rayonunda “Sülh çeşməsi” antiterror əməliyyatının gedişi barədə operativ məlumat vermək üçün canlı yayıma çıxan jurnalistlərə Suriyanın Qamışlı rayonu istiqamətindən atəş açılıb. Hadisə nəticəsində Türkiyənin Anadolu Xəbər Agentliyinin iki müxbiri yaralanıb.

Hazırda antiterror hərəkatı uğurla davam etdirilir. Türk Silahlı Qüvvələrinin hava hücumunun qarşısını almaq məqsədilə terrorçular tərəfindən bölgədə rezin təkərlər və mazut yandırılır.