Bağçalara uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək –Bakıda

Bakıda körpələr evi-uşaq bağçaları, uşaq bağçalarında uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bununla bağlı elektron sistemin yaradılması üçün tender elan edib.

Tenderin qalibi “Evrodizayn” QSC olub. Bağlanmış müqaviləyə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi elektron sistemin yaradılması üçün “Evrodizayn” QSC-ə 399 min 900 manat ödəyəcək. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Beyləqanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürən şəxs saxlanılıb

Sonrakı məqalə

Antiterror əməliyyatının ilk üç gününün yekunu –