Aprel ayının müavinət, təqaüd və ünvanlı yardımları da ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənildi.

Fondun mətbuat xidmətindən  bildirilib ki, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, aprel ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb.

Aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar da ödənilib.

Əvvəlki məqalə

BMT-nin Baş katibi Putinlə görüşüb

Sonrakı məqalə

Rusiya sabahdan Polşaya qazın verilişini dayandıracaq