Peskov
Avropa noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli görüşdə iştirak edə bilməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə müsahibəsində bildirib.
“Burada razılaşdırılmış üçtərəfli formatdan söhbət gedir. Yəni Rusiya, Ukrayna və ABŞ-ın vasitəçiliyi”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.
Peskov daha əvvəl Ukrayna ilə danışıqlarda Rusiyanın əsas nümayəndəsinin dəyişməyəcəyini, bu vəzifəni Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin davam etdirəcəyini bildirmişdi. O, Rusiya nümayəndə heyətinin tam tərkibini açıqlamayıb.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək görüşdə Kiyev və Moskvanın müharibədən sonrakı təhlükəsizlik mexanizmlərini, gərginliyin azaldılmasını və humanitar yardımı müzakirə edəcəyini açıqlayıb.
Tərəflər həmçinin sülhə doğru atılacaq növbəti addımları nəzərdən keçirəcəklər.
