“Aprelin 14-dən başlayaraq hava sabitləşəcək” –Umayra Tağıyeva

“Hazırda ölkə ərazisində hava şəraiti  respublıikamıən qərb rayonlarında  qeyri sabit olacaq”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva nazirliyin Qubadlı rayonuna təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, gün  ərzində bəzoi rayonlarda  yağıntı gözlənilir:

“Havnın temperaturu çoxillik norma göstəricilərindən  1.3 dərəcə yüksəkdir. Ümumiyyətlə aprel ayının birinci ongünlüyündə havalar nisbətən mülayim keçir. Düzdür, küləyin sürəti tez-tez artır. Bu müddət ərzində şimal-qərb küləyinin maksimal sürəti 28 m\saat-a çatırdı. Lakin  havanın temperaturu iqlim norma göstəricilərindən yüksəkdir. Hətta bəzi günlərdə normadan 7-9 dərəcə yüksək olub”.

U.Tağıyeva qeyd edib ki, ayın 14-dən başayaraq hava sabitləşəcək:

“Yağıntılar kəsiir.  15-dən 17-nə kimi ölə  ərazisində yağmursuz hava şəraiti gözlənilir. Havnın temperaturu paytaxtda 16-18 dərəcə isti, Aran rayonlarında 23-25 dərəcəyə kimi yüksələcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Niyaməddin Musayev xəstəxanadan evə buraxılıb

Sonrakı məqalə

“Sarkisyan Paşinyanı “İskəndər”lə neft kəmərlərimizi vurmamaqda ittiham edir” –