Aprelin 27-dən sonra yoluxanların sayı artıb –Yasamal, Binəqədi və Nəsimidə yoluxma üstünlük təşkil edir

“Ötən iki həftədə yoluxma faktlarında azalma qeydə alınıb. Aprelin 27-dən sonra isə yoluxanların sayının artması müşahidə olundu. Mayın 1-də yenə neqativ tendensiya müşahidə edildi”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, iki zidd tendensiya müşahidə olunur: “Amma həkimlərimizin fədakarlığının hesabına vəziyyət nəzarət altındadır”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, son həftələrdə koronavirusa yoluxma hallarında azalma müşahidə olunurdu: “Amma aprelin 27-də karantin rejiminin yumşaldılmasından sonra yenidən artım müsahidə olundu”.

O bildirib ki, mayın 1-dən isə yoluxmada azalma müşahidə olunur: “Yoluxma hallarının azalması ilə sağalma hallarında artma müşahidə olunur. Bilməliyik ki, karantinin bitməsi nəticəsində biz hər ssenariyə hazır olmalıyıq”. Bayramlı qeyd edib ki, Bakının Yasamal, Binəqədi və Nəsimi rayonlarında yoluxma üstünlük təşkil edir: “Sumqayıtda yoluxma 3.2 faizdir. Burada əhalinin sıxlığı əsas göstəricidir”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məktəblər açılmayacaq, dərslər sentyabra qaldı –

Sonrakı məqalə

Futbola tətbiq olunan qadağa qüvvəsində qalıb