Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Aptek müdiri ona “kök pişik” deyən qadın işçisini döyüb

User 25 Noyabr 2024 - 16:02 (Last updated: 21 May 2025 - 20:15)
aptek dava

Paytaxtda aptek müdirinin işçisi olan qadını döydüyü iddia olunur.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, paytaxtdakı apteklərin birində müdir olduğu iddia edilən şəxs işçisini vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda müdirin işçini yumruqlayıb, yerdə sürüdüyü görünür.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb.

Tərəflər arasında mübahisə satıcının A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişiyə oxşatmasından sonra yaranıb. Belə ki, A.K müdirinə “Sən kök pişiyə oxşayırsan” deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb. Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb.

A.K hadisə ilə bağlı polisə şikayət edib. Polis araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.

Bundan bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb.

İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün həmin görüntüləri yayıb.

Elnur Cabbarov görüntüləri yaydığına görə işdən çıxardığı xanıma zəng edərək onu təhqir edib. Onların arasında mübahisə böyüyüb və həmin xanımın əri Zamin Quliyev Elnur Cabbarovu görüşə çağırıb.

Onlar görüşüblər və aralarında mübahisə düşüb. Hər iki şəxs dalaşıblar və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Elnur Cabbarov və Zamin Quliyev ayrı-ayrılıqda polisə bir-birindən şikayət ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Post navigation

Previous: Ərdoğan Kılıçdaroğluna qarşı iddia qaldırdı
Next: “Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm”

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47

xƏBƏR

london01
  • Dünya

Britaniyanın dövlət borcu rekord həddə çatdı – BVF-dən kredit istəyə bilər

User 21 Oktyabr 2026 - 17:00
Böyük Britaniyanın dövlət borcunun həcmi tarixdə ilk dəfə 3 trilyon funt sterlinqi (4 trilyon dolları) ötüb. Bu...
Read more about Britaniyanın dövlət borcu rekord həddə çatdı – BVF-dən kredit istəyə bilər
Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41
SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23
Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır zelenski
  • Dünya

Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır

User 21 Oktyabr 2026 - 16:02
“Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan Ermənistanın
  • Dünya

“Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan

User 21 Oktyabr 2026 - 15:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.