Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AQC Mətbuat Günündə jurnalistlərlə görüşdü

User 24 İyul 2026 - 15:37 (Last updated: 24 İyul 2026 - 15:46)
aqc01

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edib.

Səhər yeməyi masası ətrafında keçirilən tədbirdə AQC İdarə Heyətini  sədri Vüqar Oruc, sədrin müşaviri Asif İbrahimov, AQC Tikinti, Abadlıq və Köçürülmə Komissyasının sədri Elnur Fərzəliyev, AQC Daşınmaz Əmlak koordinatoru Şaiq Əliyev, AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli AQC sədrinin köməkçisi Ziya Mustafayev, ölkənin müxtəlif media qurumlarını təmsil edən 50-yə yaxın jurnalist iştirak edib. Görüşdə media ilə qiymətləndirmə sektoru arasında əməkdaşlığın inkişafı, ictimaiyyətin düzgün məlumatlandırılmasının əhəmiyyəti və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edərək onların cəmiyyətin obyektiv məlumatlandırılmasında, şəffaflığın təmin olunmasında və ictimai rəyin formalaşmasında mühüm rol oynadıqlarını bildirib. O qeyd edib ki, media ilə sağlam əməkdaşlıq dövlət, biznes və cəmiyyət arasında etibarlı informasiya körpüsünün qurulmasına xidmət edir.

Vüqar Oruc vurğulayıb ki, AQC fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında, qiymətləndirmə sahəsində aparılan islahatların və yeniliklərin işıqlandırılmasında media nümayəndələrinin dəstəyi xüsusi əhəmiyyət daşıyır. O, bu istiqamətdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Səmimi mühitdə keçən tədbirdə jurnalistlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr keçirilib.

Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq edən bir qrup media nümayəndəsi peşəkar fəaliyyətlərinə və qiymətləndirmə sahəsinin ictimaiyyətə çatdırılmasına verdikləri töhfəyə görə təşəkkürnamələrlə təltif olunub. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

 

AzPost.az

Post navigation

Previous: Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
Next: Altı ayda mina hadisələri nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.