Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirib. AQTA-dan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.