Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AQTA-dan ictimai iaşə müəssisələrinin rəhbərlərinə

Orkhan Ali 16 Avqust 2024 - 17:30 (Last updated: 21 May 2025 - 20:15)
aqta

Son vaxtlar ictimai iaşə müəssisələrində, xüsusilə də ev şəraitində hazırlanan qida məhsullarının kütləvi tədbirlərdə, o cümlədən şənlik və yas mərasimlərində istehlak edilməsı nəticəsində zəhərlənmə hallarına rast gəlinir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı bir sıra ictimai iaşə müəssisələrində keçirilən müxtəlif tədbirlərdə qida təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarına yol verildiyi aşkarlanır. Həmçinin araşdırmalar zamanı ictimai iaşə müəssisələrinin sahibləri tərəfindən həmin obyektlərin məclis sahiblərinə gündəlik əsaslarla icarəyə verilməsi halları müəyyən olunur. Təbii ki, belə hallar ictimai iaşə müəssisələrinin rəhbərlərini baş verən hadisələrlə bağlı məsuliyyətdən azad etmir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bəzi hallarda icarəyə götürülmüş ictimai iaşə müəssisələrində verilən qidalar məclis sahibləri tərəfindən evdə heç bir gigiyenik tələblərə əməl olunmadan hazırlanaraq temperatur rejimi və sanitar-gigiyenik daşıma qaydaları gözlənilmədən həmin müəssisələrə gətirilərək qonaqlara təqdim edilir və həmin hallar kütləvi qida zəhərlənmələrinin baş verməsinə zəmin yaradır. Əksər hallarda ev şəraitində hazırlanan müxtəlif turşu, soyuq qəlyanaltı və salatlar, sərinləşdirici içkilər isə heç bir sağlamlıq sənədi olmadan digər yüksək riskli məhsullarla birlikdə kütləvi şəkildə istehlakçı süfrəsinə təqdim edilir.

Ona görə də milli adət-ənənələrə ehtiram və xüsusi həssaslıq göstərməklə yanaşı, həmin tədbir iştirakçılarının həyat və sağlamlığı nəzərə alınmalı, bu sahədə mövcud qanunvericiliyin tələb və qaydalarına əməl olunmasının həyati əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır.

Agentlik bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edərək onları bu cür qanunsuz fəaliyyətdən çəkinməyə çağırır. Bildirilir ki, kütləvi mərasimlərin keçirilməsi zamanı istehlaka təqdim olunan qida məhsulları mütləq şəkildə ictimai iaşə müəssisələrində mövcud norma və tələblərə uyğun şəkildə hazırlanmalı və istehlaka təqdim edilməlidir.

Həmin tələblərin gözlənilmədiyi və qanunsuz fəaliyyətlə bağlı hər hansı fakt aşkarlandığı təqdirdə mərasimin keçirildiyi ictimai iaşə müəssisəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt tədbirlər görüləcək.

Post navigation

Previous: Sankt-Peterburqun PUA-dan müdafiəsi gücləndirilir
Next: Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Oxşar xəbərlər

din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. “Report”un əldə etdiyi məlumata görə, Azərbaycan...
Read more about Prezident İlham Əliyev Türkiyəyə getməyəcək
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.