AQTA:"İrandan diri quş və quşçuluq məhsullarının idxalı bir ildir dayandırılıb"

İranda bu il “quş qripi” (H1N1) çox geniş formada yayılıb. Ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu il “quş qripi”ndən 37 nəfər ölüb, çox sayda insan xəstəxanaya yerləşdirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, xəstəxanalarda “quş qripi”nə yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin dekabr ayından etibarən İran İslam Respublikasının ərazisində yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün bu ölkədən diri quş və quşçuluq məhsullarının idxalı dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Struktur islahatları, siyasi, iqtisadi islahatlar və şəffaflıq ölkəyə böyük faydalar gətirir”

Sonrakı məqalə

Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 20 milyon manat ayırdı