Araik Arutunyana sui-qəsd olub –

Xankəndində güllələndi
07 Oktyabr 2021 - 18:20

Qondarma rejimin rəhbəri Araik Arutunyana sui-qəsd olub.

Bu barədə voskanapat.info saytının əməkdaşı Karen Andriyan yazıb. Erməni jurnalistin iddialarına görə, Arutunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutunyan avtomobilindən düşərkən ona silahlı hücum olub. Nəticə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.

Hələlik Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. “Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir” deyə Karen Andriyan bildirib.