Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Aramızda bir dəfə olsun anlaşılmazlıq yaranmadı” –

User 22 Mart 2023 - 14:02 (Last updated: 21 May 2025 - 20:15)
heyder surucu

“Heydər Əliyevi istər Azərbaycanda, istərsə də Moskvada onunla yaxın ünsiyyətdə olan hər kəs sevirdi”.

Bunu “Report”a müsahibəsində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) 9-cu İdarəsinin əməkdaşı, Moskvada işlədiyi illərdə Heydər Əliyevin sürücüsü olmuş Vladimir Tupitsın bildirib.

“Yadımdadır, Azərbaycana məzuniyyət vaxtı gedən zaman ölkənin müxtəlif bölgələrini gəzirdik. O, insanlarla çox mehriban və dostcasına danışır, onların həyatı, problemləri ilə maraqlanırdı”, – deyə Tupitsın vurğulayıb.

V.Tupitsın əlavə edib ki, Heydər Əliyev ünsiyyətcil və insanları özünə cəlb edən böyük cazibə qüvvəsinə malik şəxs olub .

O, ümummilli liderin ailəsinə münasibəti ilə bağlı xatirələrini də bölüşüb:

“Heydər Əliyev çox qayğıkeş ailə başçısı idi. Ailə onun həyatında ən mühüm yer tuturdu”.

V.Tupitsın Heydər Əliyevin oğluna böyük diqqət yetirdiyini, onu atasının məsləhətlərinə əməl edən, onun işini davam etdirən layiqli davamçı kimi yetişdirdiyini bildirib.

“Elə ilk görüşümüzdə dərhal anlaşdıq, ikimiz arasında bir dənə də olsun anlaşılmazlıq halını xatırlamıram”, – deyən V.Tupitsın bu illər ərzində birgə işin mehriban şəkildə davam etdiyini vurğulayıb.

V.Tupitsın deyib ki, onun vəzifəsinə birlikdə işlədiyi yüksək vəzifəli şəxslərin təhlükəsizliyi məsələsi də daxil idi:

“9-cu İdarənin əməkdaşı olduğum üçün funksiyalarıma həm mühafizə, həm də insanların tam təhlükəsizliyini təmin etmək daxil idi. Səfərlərdən əvvəl bizim hərəkətimizin marşrutu həmişə yoxlanılırdı, Heydər Əliyev bizə tam etibar edirdi”.

O, belə münasibətin böyük məsuliyyət yaratdığını, eyni zamanda, iş prosesini asanlaşdırdığını əlavə edib.

Xatırladaq ki, Vladimir Tupitsın 1982-1990-cı illərdə Moskvada Heydər Əliyevin sürücüsü olub.

Post navigation

Previous: Putin və Çin rəhbəri Ukrayna ilə bağlı sülh planını müzakirə etməyib
Next: “Azerlotereya” uduş fondunu niyə açıqlamır?

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.