Argentinanın vitse-prezidenti Kristina Kirşnerə silahlı hücumu əks etdirən videogörüntülər yayılıb.
Azpost.info xəbər verir ki, kadrlarda hücum edən şəxsin silahı siyasətçinin üzünə necə tuşladığı görünür.
Xatırladaq ki, hadisə Kirşner Buenos-Ayresdəki evinin qarşısında tərəfdarları ilə görüşərkən baş verib. Kütlənin içindən çıxan şəxs silahı vitse-prezidentin üzünə tuşlayıb, lakin atəş açmayıb. Onun 35 yaşlı braziliyalı olduğu üzə çıxıb.
Azpost.info