Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində olub.
Azpost.info xəbər verir ki, bu barədə Qriqoryan sosial şəbəkələrdə məlumat verib.
Armen Qriqoryan Vaşinqtona səfəri çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında bir sıra görüşlər keçirdiyini bildirib, lakin təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının katibi həftə ərzində ikinci dəfədir ABŞ-da işgüzar səfərdə olub.
Azpost.info
