Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Artıq çəkisi olanlara bu dondurmaları yemək olmaz

User 20 İyun 2023 - 09:03 (Last updated: 21 May 2025 - 20:15)
dondurma

Dondurmanın bütün növləri eyni dərəcədə faydalı deyil. Buna görə də ilk növbədə onun tərkibini təşkil edən maddələrə diqqət yetirmək lazımdır.

Azpost.info bildirir ki, bu barədə tibb elmləri namizədi, “Gemotest” laboratoriyasının həkim – qastroenteroloqu Yekaterina Kaşux Gazeta.Ru-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, allergiyaya meyilli insanlar tərkibində müxtəlif qatqılar olan dondurmalardan az yeməlidirlər. Kaşux deyir ki, belə dondurma çox vaxt yüksək kalorili olur və tərkibində çoxlu əlavələr -rəngləndiricilər, ləzzət verən dad komponentləri və xərçəngin inkişaf riskini artıra bilən digər maddələr olur.

Onun sözlərinə görə, “plombir” ən populyar dondurma növüdür, lakin onun kalorisi çox yüksəkdir – 100 q məhsula təxminən 400-500 kkal təşkil edir.

“Dondurma seçərkən onun tərkibinə baxmaq lazımdır. GOST-a görə, belə dondurmanın tərkibində ən azı 12% yağlı süd olmalıdır. Əgər bədən çəkisi normaldırsa, gündə bir dəfə bir porsiya dondurma (80 q) zərər verməz. Ancaq sağlamlıq üçün bədən çəkisi və ya qidanın yağ tərkibini azaltmaq lazımdırsa, daha az kalorili qidalara keçmək, süd və qaymaq əsaslı dondurmadan imtina etmək daha yaxşıdır. Daha sağlam alternativ meyvəli buz və ya şərbətdir”, – deyə tibb elmləri namizədi Yekaterina Kaşux izah edir.

Qastroenteroloq deyib ki, ən aşağı kalorili və sağlam soyuq desert meyvəli buzdur. Çünki 100 q-da cəmi 110-130 kkal olur, vitaminlərlə zəngindir və isti havalarda susuzluğu da yaxşı yatırır.

Mağazada meyvə şirəsi seçərkən onun tərkib hissələrini öyrənmək lazımdır. Təbii meyvə şirəsi və ya püresində boyalar və dadverici maddələr minimal miqdarda olmalıdır.

Həkim xəstəliklərin qarşısını almaq üçün dondurmanı istidə kiçik hissələrlə, otaq temperaturunda olan içkilərlə birgə yeməyi tövsiyə edib. Bu içkilər isti olmamalıdır. Məsələn, evdə hazırlanmış kompotlar, meyvə içkiləri, çay ola bilər. Bu hərəkətlər tonzillit (udlaq badamcıqlarının iltihabı) inkişaf riskini azaltmağa kömək edəcək.

Azpost.info

Post navigation

Previous: “Ermənistanın yaydığı xəbər yalandır” –
Next: “Mersedes”in yanacaq çənində yanğın baş verdi –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.