Aryen Robben karyerasını bərpa edib

“Bavariya”nın sabiq futbolçusu Aryen Robben karyerasını bərpa edib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bu barədə özü danışıb.

Niderland millisinin keçmiş oyunçusu birillik fasilədən sonra futbola döndüyünü və ilk klubu olan “Qroningen”də çıxış edəcəyini açıqlayıb: “Futbolçu kimi “Qroningen”ə qayıdıram. Futbola dönmək üzərində işləyirəm, məqsədim budur. Bunun nə ilə nəticələnəcəyini bilmirəm, amma “Qroningen”də oynamaq xəyalımdır”.

Qeyd edək ki, “Qroningen”in yetirməsi olan Aryen Robben 2000-2002-ci illərdə bu klubun əsas komandasında çıxış edib. O, 10 il formasını geyindiyi “Bavariya”nın heyətində olarkən ötən ilin yayında futboldan gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə daha 1372 nəfər koronavirusa yoluxub-

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu keçib