Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu keçib

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 10 milyondan çox insanın bu virusa yoluxmasına yol açıb.

“Worldometer” xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 107 163 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 10 005 710 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 2917 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 498 996 nəfər olub. İndiyədək 5 414 897 nəfər sağalıb və hazırda 4 091 817 aktiv yoluxmuş xəstə var ki, onlardan 57 700 nəfərin vəziyyəti ağırdır.

Ölkələr üzrə ən çox yoluxma halları ABŞ (2 582 008), Braziliya (1 284 214), Rusiya (627 646), Hindistan (529 577), Böyük Britaniya (310 250), İspaniya (295 549), Peru (272 364), Çili (267 766), İtaliya (240 136) və İranda (220 180) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aryen Robben karyerasını bərpa edib

Sonrakı məqalə

Bakıda qəbiristanlıq ərazisindəki yanğın söndürülüb –