Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Allah məni bu günə görə həyatda saxladı” –

Orkhan Ali 26 İyun 2024 - 12:41 (Last updated: 21 May 2025 - 20:15)
667bd4155ee8e667bd4155ee8f1719391253667bd4155ee8c667bd4155ee8d

“32 ildir gözümüz yolda, qulağımız səsdə idi ki, oğlumdan bir xəbər olsun”.

Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova deyib.

Dursun Qasımova Prezident İlham Əliyevin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalamasına görə dərin minnətdarlığını bildirib.

“Həmin an özümdə olmadım. Bir neçə dəqiqə danışmaq istəmədim. Ağlıma belə gəlməzdi ki, mənim oğluma Milli Qəhraman adı verilsin. Elə bir vəziyyətdə oldum ki, bir anlıq elə bil yuxuda idim. Sevincimi çatdıra bilmirəm. O sevinci gərək yaşayasan. Özüm özlüyümdə Prezidentimizə təşəkkür eləmişəm, var olsun demişəm. Allah ona uzun ömür, can sağlığı versin, Allah var eləsin, Azərbaycan xalqının, dövlətimizin üstündən əksik eləməsin. Çox razı qaldım. Həmişə bizi, yəni şəhid ailələrini üstün tutub. Dünən oğluma Milli Qəhrəman adının verilməsinə görə səhərə qədər yatmamışıq. Çox həyəcan keçirdik. Bu günə çox şükürlər olsun. Artıq bu gün gözlədiyim arzularıma çatmışam”.

Dursun Qasımova bildirib ki, neçə illərdi bu adın verilməsini gözləyirmiş: “Hər dəfə ağlayanda fikirləşirdim ki, oğlumun əməyi itməsin. Ona Milli qəhrəman adı verilsin, sona rahat ölüm. Mən bu illər ərzində nə qədər xəstələndimsə də elə bil Allah məni bu günə görə həyatda saxlayıb. Neçə illərdi mənim gözüm yoldaydı”.

Natiq Qasımovun anası xəbəri qonşudan öyrəndiyini bildirib: “Bir anlıq həyəcan keçirdim, amma evdə heç kəsə bildirmədim. Bu xəbəri illərdi gözləyirdim. Ona Milli Qəhrəman adının verilməsini eşidəndə elə bil mənə dünyaları verdilər. Bu sevincimizin hədi-hüdudu yoxdur. İndi mən bilmirəm ki, Prezident İlham Əliyevə necə təşəkkür edim. Bu gün mənim oğlumun və bütün şəhidlərin qisası alınıb”.

Qeyd edək ki ötən gün Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb(apa).

Post navigation

Previous: 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Next: NATO-nun yeni Baş katibi təsdiqləndi

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. “Report”un əldə etdiyi məlumata görə, Azərbaycan...
Read more about Prezident İlham Əliyev Türkiyəyə getməyəcək
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.