“Asiya regionu hegemonluğa və hədə-qorxuya müqavimət göstərməlidir”.
Azpost.info xəbər verir ki, bunu Çin lideri Si Cinpin Pekində Sinqapurun baş naziri Li Syan Lunla görüşü zamanı bildirib.
“Hegemonluğa və hədə-qorxuya qəti şəkildə qarşı çıxmaq lazımdır. Heç bir ölkənin Asiya xalqını daha yaxşı və xoşbəxt həyat hüququndan məhrum etməsinə imkan verməməliyil”, – Çin lideri deyib.
Si Cinpin əlavə edib ki, dünyada baş verən ciddi dəyişikliklər fonunda Asiya regionunda çətin qazanılmış müsbət inkişaf tendensiyası qorunub saxlanmalıdır.
Azpost.info