Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Logistika Mərkəzi ilə tanış olub

User 17 Noyabr 2025 - 14:29 (Last updated: 17 Noyabr 2025 - 14:32)
vey01

Asiya İnkişaf Bankının (AİB) yeni prezidenti Masato Kanda və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfər proqramı çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan və Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri sayılan Məhəmmədi Logistika Mərkəzini ziyarət ediblər.

Logistik Mərkəzdə qonaqların VŞQ rəhbərliyi və şirkətlə yaxından əməkdaşlıq edən yerli fermerlərdən ibarət nümayəndə heyəti ilə dəyirmi masa formatında görüşü baş tutub. Qonaqları səmimi qəlbdən salamlayan VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov rəhbərlik etdiyi şirkətin dünyanın nüfuzlu banklarından biri olan AİB ilə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib və gələcəkdə də bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını vurğulayıb. A.Talıbov həmçinin VŞQ-nin fəaliyyət göstərdiyi 31 il ərzində əldə etdiyi uğurlardan, ölkə iqtisadiyyatına verdiyi töhfələrdən və gələcək perspektivlərdən qonaqlara qısa məlumat verib. O, rəhbərlik etdiyi şirkətin yerli fermerlərlə sıx əməkdaşlıq etdiyini və onların inkişafına xüsusi önəm verdiyini qeyd edib. A.Talıbov bildirib ki, “Veysəloğlu” insan kapitalının inkişafına da xüsusi diqqət ayırır və hər il 3 minə yaxın yeni iş yeri açmağa müvəffəq olur.

Daha sonra VŞQ-nin Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev Şirkətlər Qrupunun nailiyyətləri, real göstəriciləri və gələcək planları ilə bağlı ətraflı təqdimatı qonaqların diqqətinə çatdırıb.

AİB prezidenti Masato Kanda səmimi qəbula görə təşəkkürünü bildirib və şirkətlə bağlı təqdimatdan razı qaldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Asiya və Avropa arasında strateji birləşdirici rolunu gücləndirir: “Ölkədə yeni nəqliyyat dəhlizlərinin inkişafı, bərpa olunan enerji layihələrinin sürətləndirilməsi və iqtisadi diversifikasiya istiqamətində görülən işlər artım, ticarət və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır”. AİB rəhbəri əlavə edib ki, onlar Azərbaycanda fəaliyyət göstərən özəl sektorla da yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.

Logistik Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə qonaqlar üçün infotur təşkil edilib. Məhəmmədi Logistika Mərkəzin rəhbəri Anar Adilzadə AİB nümayəndə heyətinə geniş təqdimat verdikdən sonra tədbirdə iştirak edən yerli fermerlər Masato Kandaya VŞQ və ona daxil olan bizneslərlə səmərəli əməkdaşlıqdan məmnun olduqlarını ayrıca ifadə ediblər.

Tədbirin sonunda xatirə fotoları çəkdirilib və VŞQ-nin təsisçisi, baş icraçı direktoru Aydın Talıbov Masato Kandaya xüsusi hədiyyə təqdim edib.

Xatırladaq ki, Masato Kanda Azərbaycana etdiyi səfərlə bağlı yekun videohesabatında ölkəmizdə keçirdiyi mühüm görüşlərlə yanaşı, VŞQ ilə baş tutan təmasa da vurğu edib və bununla bağlı fotoları şəxsi sosial şəbəkə hesablarında paylaşıb.

Qeyd edək ki, 2024-cü ildə Asiya İnkişaf Bankı və Veysəloğlu Şirkətlər Qrupunun “Araz” supermarketlər şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon ABŞ dolları həcmində (10 milyon kredit, 0,5 milyon qrant) saziş imzalanıb.

 

AzPost.az

Post navigation

Previous: Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Next: Qalmaqallı videolara görə həbs edilmiş FHN polkovniki azadlığa çıxıb

Oxşar xəbərlər

neft serq
  • İqtisadiyyat

Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

User 26 Oktyabr 2026 - 10:23
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 26 Oktyabr 2026 - 09:16
neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51

xƏBƏR

aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
Bir uşağın böyüməsi təkcə ərzaq və geyim almaqdan ibarət deyil. Bağça, məktəb, nəqliyyat, dərman, dərnəklər və il...
Read more about Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı
Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.