AŞPA-da Ukrayna ilə bağlı qətnamə qəbul olunub

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ukrayna ilə bağlı qətnamə qəbul olunub.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Ukrayna ilə bağlı üç qətnamə qəbul edilib.
Qətnamələr Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə əlaqədar humanitar nəticələr və daxili və xarici miqrasiya, miqrant və qaçqın uşaqların müdafiəsi və alternativ qayğısı, sülh barışığında qadınlar üçün ədalət və təhlükəsizlik mövzularında olub.

Bildirilib ki, AŞPA Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin humanitar nəticələrindən son dərəcə narahatdır.

Qətnamələrdə Avropa Şurasına üzv dövlətlərin Ukraynaya davamlı, uzunmüddətli və əlaqələndirilmiş dəstəyinin önəminə toxunulub, və üzv dövlətlər humanitar böhranın idarə edilməsi üzrə fəaliyyət planları hazırlamağa təşviq edilib.

Əvvəlki məqalə

“Gilas 10 manatdır, ala bilmirəm” –

Sonrakı məqalə

İranda zəlzələ olub