AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü:

"ATƏT-in seçki ilə bağlı tənqidləri qeyri-obyektivdir"
10 Fevral 2020 - 19:06

“Ötən bazar Azərbaycanda baş tutmuş növbədənkənar parlament seçkiləri açıq və rəqabət şəraitində keçib”.

TASS-ın verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, parlament seçkiləri ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tənqidləri qeyri-obyektiv xarakter daşıyır. Slutskinin sözlərinə görə, avropalı müşahidəçilər qərəzlidirlər və ikili standartlardan çıxış edirlər.