AŞPA-nın yaz sessiyasında Belarusda seçkilər və Navalnının həbsi müzakirə ediləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası 19-22 aprel 2021-ci il tarixlərində hibrid formatda (birbaşa və onlayn) keçiriləcək.

AŞPA üzvlərinə yaz sessiyasında qış sessiyada olduğu kimi uzaqdan və ya Strasburqda şəxsən iştirak etmək imkanı yaradılacaq.

Yaz sessiyası zamanı Almaniyanın Nazirlər Komitəsinin sədrliyi münasibətilə, kansler Angela Merkel və Xarici İşlər naziri Heiko Maas iştirak edəcəklər.

Gündəlikdəki mövzulara isə Assambleyanın Avropa Şurasının strateji prioritetlərinə baxışı və Belarusda seçki islahatlarına ehtiyac barədə birgə müzakirələr daxildir.

Sessiya çərçivəsində “Aleksey Navalnının 2021-ci ilin yanvarında həbsi” mövzusunda təcili bir debat tələbi də təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiyanın hərəkətləri NATO üçün təhlükədir” –

Sonrakı məqalə

Britaniya müdafiə strategiyasını dəyişir –