AŞPA-nın yeni prezidenti seçilib- FOTO

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, təşkilatın qış sessiyasında belçikalı senator Hendrik Daemsin AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.

Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri H. Daems bu posta yeganə namizəd olub.

O, bu vəzifədə Lilian Mori Paskieni əvəz edib.

Qeyd edək ki, AŞPA-nın qış sessiyası 31 yanvarda başa çatacaq. Sessiyada Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər. Həmçinin yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Turizm subyektlərinin reytinq cədvəli hazırlanacaq”

Sonrakı məqalə

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb