Astanada “Mərkəzi Asiya-Rusiya” sammiti başlayıb.
Azpost.info xəbər verir ki, tədbirdə Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Rusiya liderləri iştirak edir.
Görüş zamanı dövlət başçıları mövcud geosiyasi şəraitdə ticari-iqtisadi münasibətləri müzakirə edəcəklər.
Sammit iştirakçıları ərzaq, xammal və logistika qiymətlərinin artması probleminə toxunacaq, Əfqanıstanda regional təhlükəsizlik məsələsi ətrafında fikir mübadiləsi aparacaqlar.
Azpost.info