ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri dəyişib

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri dəyişib.

Iqor Anatoliyeviç Xovayev Rusiyadan olan həmsədr təyin olunub. O, bu vəzifədə Iqor Valentinoviç Popovu əvəz edib.

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsində olan 59 yaşlı Iqor Xovayev 2015-2020-ci illərdə Rusiya Federasiyasının Filippindəki səfiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Iqor Popov 2010-cu ildən Rusiyanın Minsk Qrupundakı həmsədri olub.

Xatırladaq ki, bu gün ATƏT-in Minsk Qrupu bu gün Ermənistan Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Bəyanat Fransa- Stefani Viskonti, ABŞ- Endryu Şofer və Rusiyadan olan həmsədr İqor Xovayevin adından yayılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir