Ata 11 yaşlı oğlunu dilənçiliyə görə yox, evə gec gəldiyinə görə vurub –Bakı Polisi

“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, azyaşlının məcburi əməyə  ̶  dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb. Suraxanı RPİ 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası onu tənbeh etmək məqsədilə, parçla (qulplu su qabı) övladına xəsarət yetirib.

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir, ailə üzvlərinin və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı əhalisinin sayı açıqlanıb

Sonrakı məqalə

Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb-