“Ata Abdullayevin intihar etməsi xəbəri yalandır” –

DTX-dan açıqlama
15 Mart 2021 - 22:08

Bloqer Ata Abdullayevin intihar etməsi ilə bağlı xəbərlər yayılıb.

Yayılan şayiələrə aydınlıq gətirmək üçün Musavat.com Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərib.

DTX-dan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, A.Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.