“Ata Abdullayevin intihar etməsi xəbəri yalandır” –DTX-dan açıqlama

Bloqer Ata Abdullayevin intihar etməsi ilə bağlı xəbərlər yayılıb.

Yayılan şayiələrə aydınlıq gətirmək üçün Musavat.com Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərib.

DTX-dan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, A.Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gömrük Komitəsi “Coca-Cola” şirkətini cərimələyib –

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə Qarabağı müzakirə edib